AZƏRBAYCAN YENİ NAZİRLƏR: Onları TANIYAQ - FOTOLAR
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, aşağıdakı şəxslər ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib: Əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;
Ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev Təhsil naziri - Ceyhun Əziz oğlu Bayramov;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;
Dövlət Gömrük Komitəsinin sədri - Səfər Məmməd oğlu Mehdiyev;
Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov.
21 apreldə verilən sərəncamda isə aşağıdakı şəxslər nazir vəzifəsinə təyin olunub:
Kənd təsərrüfatı naziri - İnam İmdad oğlu Kərimov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Samir Rafiq oğlu Nuriyev;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev.