Pirverdiyevin “İnter Enerji”si çökür

Pirverdiyevin “İnter Enerji”si çökür Etibar Pirverdiyevin biznesi çökür.

“Azərenerji”nin səlahiyyətlərinin azaldılması onun biznes şəbəkəsinə də təsir edib.

Tia.az-ın əldə etdiyi xəbərdə deyilir ki, Pirverdiyevə məxsus şirkətlərdə vəziyyət heç də ürəkaçan deyil. Onun bütün maxinasiya əməliyyatları sahibi olduğu “İnter Enerji” şirkəti vasitəsi ilə həyata keçirilir. Şirkət qaynı tərəfindən idarə olunur. Bu yolla məmur-oliqarxın milyonlar mənimsədiyi ehtimal olunur. Son 5 ildə qurumun balansına 3 milyard manata yaxın vəsait köçürülüb. Lakin bu müddət ərzində sözügedən məbləğin şəffaflıqla xərclənməsində bir sıra qaranlıq məqamlar var. Eyni zamanda “Azərişıq”la təhvil-təslim proseslərində qanunsuzluqların ortaya çıxması istisna edilmir.






Fikirlər