Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər səhhəti ilə əlaqədar müalicə olunduğu Almaniyadan Bakıya qayıdıb.
AzerTaym.az xəbər verir ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli apa-ya bildirib ki, İ. Qəmbər Almaniyadakı xəstəxanalardan birində müayinə olunub və müayinəsi başa çatdığı üçün Bakıya qayıdıb.
Qeyd edək ki, bu ilin əvvəlində Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib.
Fevral ayının sonlarında isə o, müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.
Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.