ƏHƏD ABIYEV Binəqədiyə icra başçısı TƏYİN OLUNUR? (AÇIQLAMA/YENİLƏNİB)

Əhəd Abıyev Binəqədiyə icra başçısı təyin olunur? (AÇIQLAMA/YENİLƏNİB)

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd AbıyevBakının Binəqədi rayonuna icra başçısı təyin olunur. 
AzerTaym xəbər verir ki, bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat daxil olub. 
Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır. 
Mənbə bildirirb ki, Əhəd Abıyevin indiyədək Daşkəsəndə gördüyü işlər və fəaliyyətində korrupsiya hallarının qeydə alınmaması onun üçün müsbət imic yaradıb. Bu səbəbdən də Binəqədidə mövcud olan problemlərin tezliklə həll olunması üçün Əhəd Abıyevin bu rayona başçı təyin olunması zərurəti yaradıb. 
Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəngimizə cavab verilməyib.
 
***
Daşkəsən Rayon İcra Hakimiyyətindən Qaynarinfo-ya daxil olan məlumata görə, İcra Hakimiyyətinin başçısı Əhəd AbıyevinBakının Binəqədi rayonuna icra başçısı təyin olunması gözlənilmir. Məlumatda bu barədə yayılan iddiaların əsassız olduğu qeyd edilib. 






Fikirlər