ASLAN İSMAYILOVA CİNAYƏT İŞİ AÇILDI – Polis hüquqşünası MƏHKƏMƏYƏ GƏTİRDİ (FOTO)

“Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul olunub. “AzPolitika.info”nun məlumatına görə, mayın 24-də Səbail Rayon Məhkəməsində Mürvət Həsənli iddiası üzrə hazırlıq iclası keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclada barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.İsmayılovla bağlı zorla gətirmə tətbiq olunub. Belə ki, hüquqşünas məhkəmə iclasına polis vasitəsilə gətirilib.

Xatırladaq ki, M.Həsənli xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və A.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi iləcinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş edib.

Hazırlıq iclasında müəyyən olunub ki, xüsusi ittiham qaydasında şikayətin aidiyyati məhz bu məhkəməyə aiddir. Şikayət ərizəsi Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun tətbiq edilib. Həmçinin şikayət üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən olunmayıb.

Məhkəmə qərarına əsasən, M.Həsənli ittihamçı, A.İsmayılov isə təqsirləndirilən şəxs qismində tanınıb. İşin açıq məhkəmə baxışının Səbail Rayon Məhkəməsində 31 may 2018-ci ildə keçirilməsi qərara alınıb. A.İsmayılovun müdafiəçidən imtina etdiyi də qərarda əksini tapıb.

aslan01aslan

 






Fikirlər