PUTİN-Əliyev-Paşinyan GÖRÜŞÜ OLACAQ?
Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi haqda informasiya yayılıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi isə bu informasiyanı təkzib edib.
Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bu informasiyanın həqiqətə uyğun olmadığını deyib.
“Hazırda belə bir görüş haqqında razılığa nail olunmayıb”, - deyə o bildirib.
Ermənistan mediasında Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizam salınmasını müzakirə etmək üçün görüşəcəyi haqda informasiya yayılıb.