"Nə OLSUN, mən də YETİMƏM"

"Nə olsun, mən də yetiməm"

Bir müddətdir müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında qalmaqal yaşanır.

Axşam.az-ın məlumatına görə, Vəfa “Hər şey daxil" verilişində Şəbnəmin ünvanına “Prodüserə demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları ilə bir arada çəkilsin” sözlərini deyib.

Vəfa “5/5” verilişinə qonaq olan zaman isə aparıcı Zaur Kamal ona məsələ ilə bağlı suallar ünvanlayıb. Sənətçi aparıcının “Vəfa, Şəbnəmlə dərdin nədir? O ki həmişə sənə dəstək olub” sözlərinə belə cavab verib və kövrəlib:

“Yox, o, lazımi adamların yanında mənim arxamca danışıb. Mənə zəng vurdu, yetim dedi. Mən adımı qorumuşam. Mənə o sözü deməməli idi”.

Proqrama zəng vuran Şəbnəm də ona “yetim” sözünü deməsini təsdiqləyib:

“Bəli, mən ona yetim demişəm. Demişəm ki, yetim qızsan, başını sal işinlə məşğul ol. Məndən sənə söz çatdırmışdılarsa, zəng edib özümdən soruşardın. Efirdə o cür tərbiyə göstərməyinə ehtiyac yox idi”.

Ş.Tovuzlu daha sonra məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, onun dilindən Vəfaya demədiyi sözləri çatdırıblar:

“Vəfaya kimsə deyib ki, Şəbnəmin adın çək, qalmaqal yarat, gündəmə gəl. Ona görə də efirdə haqqımda bəzi ifadələr işlətdi. Mən də zəng edərək cavab verdim. Ona dedim ki, ay yetim, bu günə kimi sənə çox dəstəyim olub. Başını sal, işini gör. Mənim adımla gündəm yaratmağa çalışma. Daha sonra isə məsələni bağladım. Yenə də efirdə deyir ki, Şəbnəm mənə yetim deyir. Nə olsun, mən də yetiməm. Bu məsələni bağlayaq, bir də adımı çəkməsin”.








Fikirlər