TEMPERATUR RƏSMİ proqnozdakından yüksəkdir?..

Image result for hava çox isti olacaq

Yay fəsli gələndən Azərbaycanda anomal hava şəraiti hökm sürür. Temperatur göstəriciləri 40 dərəcə ətrafında dəyişir.

Bu cür hava şəraiti əksəriyyətin narahatlığına səbəb olur. Xüsusilə də açıq havada işləyən insanlar, gün altında gəzmək məcburiyyətində qalanlar istilərdən əziyyət çəkirlər.

Bu baxımdan temperaturun rəsmi proqnozlarda deyilən rəqəmlərdən daha yüksək olduğunu iddia edənlər də az deyil.

Maraqlıdır, temperatur göstəricilərinin qeyd edilənlərdən yüksək olma ehtimalı nə dərəcədə doğrudur?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun  müdiri Umayra Tağıyeva  açıqlamasında  öncə qeyd edib ki, ölkə ərazisində gözlənilən anomal istilər haqqında nazirlik  həm əhalini, həm də əlaqədar təşkilatları qabaqcadan xəbərdarlıq edib:

Xəbərdarlıqda göstərilib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 40 dərəcəyədək, bəzi ərazilərdə 41 dərəcəyədək, respublikanın aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında havanın maksimal temperaturu 43 dərəcəyədək  yüksələcək. Ümumiyyətlə 35 dərəcədən yüksək olan temperatur göstəricisi artıq anomal  isti hava şəraiti kimi qiymətləndirilir. Hazırda havanın temperaturu iqlim normadan 6 dərəcəyədək yüksəkdir.

Eyni zamanda, Azərbaycan dünyanın digər ölkələri kimi Ümumdünya Metrologiya təşkilatının  üzvüdür. Üzv ölkə kimi  təşkilatın tələblərinə uyğun olaraq öz müşahidə şəbəkəsini qurub. Ölkədə 68 avtomatlaşdırılmış metrostansiya var və orada məlumatlar avtomatik olaraq  hidrometrologiya mərkəzinə  daxil olur. Müşahidələrin aparılması üçün qaydalar tətbiq olunub. Bütün ölkələrdə bu məlumatların müqayisəli olması üçün  həm eyni vaxtda aparılır (üç saatdan bir), həm də metrostansiyaların qurulmasına dair təlimatlar  mövcuddur. Buna uyğun olaraq metro meydançada səth örtüyü asfalt olmamalıdır, orada qurunt örtüyüdür, həmçinin yaxınlıqda uca binalar, tikintilər olmamalıdır. Çünki bütün bu obyektlər  havanın obyektiv temperatur göstəricisinə təsir edən amillərdir. Ekologiya  Nazirliyinin təqdim etdiyi temperatur göstəricisi Ümumdünya Metrologiya təşkilatının  təqdimatlarına uyğun olaraq aparılan müşahidələrin nəticələridir”.
Nazirlik rəsmisi  temperatur göstəricilərinin qeyd edilənlərdən yüksək olma ehtimalı fikirlərinə də münasibət bildirib:

Lakin burda  əsas məsələ insanların narazılığıdır. Bilirsiniz, iqlim dəyişmələri ilə bağlı son illərdə bir çox ölkələrdə, xüsusilə şimal yarımkürəsində yay aylarında havanın maksimal temperaturu  artıb. Dünya təcrübəsində şəhər şəraitində “istilik adaları”  anlayışı var. Yəni hər bir ərazinin öz mikroiqlim şəraiti yaranır. Və binalar sıx olan, asfalt örtüyü yerlər günəş şüalarının birbaşa təsiri altında qızır və öz istisini havaya verir. Əgər biz Bakı şəhərinin müxtəlif küçələrində temperatur göstəricilərini ölçsək, fərqli nəticələr əldə edəcəyik. Bu da şəhərin mikroiqlim göstəriciləri olacaq. Ona görə də parklarda, yaşıllıq olan yerlərdə havanın temperaturu digər yerlərə nisbətən aşağı olur.  Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometrologiya departamentinin təqdim etdiyi temperatur obyektivdir. 

AzerTaym.az

 

 






Fikirlər