GƏNCƏDƏKİ SİLSİLƏ TERRORUN mübhəmləri açılır - yeni və SENSASİON MƏLUMATLAR

Azərbaycanın 2-ci paytaxtına Moskvadan təşrif buyuran aksiyaçılar kimlər olub?; Qanla imtahana çəkilən şəhərdə bp əməkdaşı niyə tutulub? 

Gəncədə baş verən iğtişaş zamanı polis zabitlərinə xəncərlə ölümcül xəsarət yetirmiş Fərrux Xəqani oğlu Qasımov vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. DİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir ki, cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülüb. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Rəşad Böyükkişiyev hazırda axtarışdadır. Bu arada Gəncədə baş verən olayların bir-biri ilə zəncirvari bağlılığını təsdiq edən məlumatlar almışıq.

Yunis Səfərov ile ilgili görsel sonucu

Həmin məlumatlara görə, aydın olur ki, iyulun 3-də Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə və onun mühafizəçisi Qasım Aşbazova odlu silahdan atəş açması əvvəldən çox diqqətlə planlaşdırılan bir qanlı terror aktıdır. Həmin aktın planlayıcıları cinayətin baş verəcəyi andan sonra hadisələrin mümkün inkişaf istiqamətlərini, özlərinin yönləndirici funksiyalarının gerçəkləşməsi üçün atacaqları addımları və şübhələrin istədikləri istiqamətə yön almasını da detallı şəkildə işləyib hazır ediblər. 

Ona görə də Gəncədə hadisələrin spontan baş verməsi versiyası aradan qalxır. Hüquq-mühafizə orqanlarının  birgə məlumatlarında da bu məqam sezililir.

Elmir Vəliyev ile ilgili görsel sonucu

“Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq”

Bu gün Gəncədə Elmar Vəliyevə qarşı sui-qəsdin 10-cu günü tamamlanır. Ötən müddət ərzində başçının sağlıq durumu haqda ziddiyyətli xəbərlər gəlməkdədir. Onun hansı xəstəxanada olması haqda məlumatlar da bir-birini təkzib edir. Ən son xəbərlərdən birində Elmar Vəliyevin İsraildəki “Rambam” hospitalına aparılması bildirilirdi. Bu məlumat da sonradan təkzib olunub. Elmar Vəliyevin oğlu Elmir Vəliyev gununsesi.info əməkdaşının atasının sağlıq durumu ilə bağlı sualına belə cavab verib:

“Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq. O ki qaldı atamın Gəncədə polis zabitlərinin öldürülməsi olayından xəbərinin olub-olmamasına, bu haqda mən heç nə danışmaq istəmirəm. Özü gələr, medianın da suallarına cavab verər”.

Gəncə Hadisələri ile ilgili görsel sonucu

Rusiya KİV-ləri Gəncə hadisələrini niyə “görmür”?

Sosial şəbəkələrdə Gəncədə baş verənlərlə bağlı diqqətçəkən müzakirələr aparılır. Rusiya KİV-lərinin İrəvandakı olaylardan anbaan xəbər, reportaj, şərh yazdığı bir vaxtda Azərbaycanın Gəncə şəhərində baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsinə məntiqi cavablar axtarılır. Eyni zamanda Gəncədə baş vermiş olaylarda hansı dövlətlərin maraqlı ola biləcəyi də müzakirə mövzusudur.

Gəncə Hadisələri ile ilgili görsel sonucu

Gəncədəki olaylarda 30-a yaxın vəhabi iştirak edib...

Baş vermiş olaylarda xarici amil, müxtəlif maraq qruplarını təmsil edən şəxslərin iştirakı haqda xəbərlər gəlməkdədir. “Yeni Müsavat”ın əldə etdiyi sensasion məlumata görə, Gəncədə iğtişaşları törədənlərin azı 30 nəfəri vəhabi olub. Hadisədən əvvəl vəhabilərin ənənəvi geyimində olan qısa şalvarlı, bığsız və saqqallı olan şəxslər ətrafda olan çayxana, restoranlarda mövqe tutublar. Bu məlumatlar məsələnin mahiyyətini özlüyündə ortaya qoyur. İstintaq bu faktları nəzərə almalıdır. Son günlər bəziləri, o cümlədən müxalifət təmsilçiləri sual edirlər ki, Gəncədə xoşagəlməz hadisələrin baş verə  biləcəyi haqda məlumatlar olduğu halda, çoxsaylı çağırışlar yayılmasına baxmayaraq meydana cinayət törədən şəxslər niyə daxil ola bildi? Təxribatçıların  qarşısının alınmaması da başqa bir sualdır.

Gəncə Hadisələri polisi öldürdü ile ilgili görsel sonucu

Çaşqınlığın səbəbi - yerli icmalardan alınan məlumatlar, kənardan gəlmələrin nəzərə alınmaması!

“Yeni Müsavat” bu suala da cavab axtarıb. Məlum olub ki, hakimiyyət orqanları aksiyadan əvvəl Gəncədəki aksiyada iştirak ehtimalı olan bütün çevrələrdən aşkar-gizli dəqiqləşmə aparıb. Dini, radikal, müxalifət təşkilatlarından əldə olunan məlumatlar aksiyanın baş tutmayacağı haqda fikirləri qətiləşdirib. Saat 20.10 radələrinə qədər aksiyanın elan olunduğu mərkəzi meydan tamamilə boş olub...

Xəncərli aksiyanın hərəkətverici qüvvəsi kənardan gələnlər və ya ora göndərilənlər olub

Beləliklə,  polisin, mətbuatın və hər kəsin iş gününün sonunda, aksiya təyin olunan vaxtdan saatlar sonra qəflətən  meydan ətrafındakı çayxana, kafe, restoran və məscid ətrafından, fərqli istiqamətlərdən kiçik dəstələrlə təxribatçılar meydana daxil olublar. Həmin vaxt meydanda azsaylı polis əməkdaşları olub. Ərazidə polislərin az olması isə aksiyadan öncə ən müxtəlif mənbələrdən alınan məlumatlara əsasən aksiyanın baş tutmayacağı ilə əlaqədar olub. Bu fakt onu deməyə əsas verir ki, Gəncədə baş verən qanlı olayların əsas hərəkətverici qüvvəsi kənardan gələnlərdən və ya ora göndərilənlərdən ibarət olub.

Hadisə yerində olan və hadisələrin startını öz gözləri ilə izləyən tele-jurnalist Mahir Məmmədli musavat.com-a deyib ki, 20.10 radələrində meydandakı oturacaqlarda oturan qadınlar qəflətən ayağa qalxıb, qışqırmağa başlayıblar və çantalarından boşqab və başqa predmetlər çıxardaraq, polislərə tərəf atıblar. Qrup halında duran polislər onlara tərəf gedəndə, ətrafı boşalmış rəis müavini İlqar Atakişiyevə qəfil hücum olub, onu vuraraq yıxıb, sonra da xəncərlə yaralayıblar...

Gəncə ile ilgili görsel sonucu

Gəncəyə Moskvadan gələnlər də olub!

Gəncədə yerli icmalardan hər hansı biri aksiyaya dəstək versəydi, meydana 200-300 nəfərin əvəzinə qat-qat artıq insan toplaşardı. Gəncə dindarları da aksiyada iştirak etməyib. Əks halda, orada minlərlə yerli dindar olardı. Bir neçə il əvvəl Gəncədə yerli dindarlarla hakimiyyət nümayəndələrinin dəfələrlə toqquşmaları olub. İcazəsiz olan aksiyalara bir neçə min dindar çıxıb. 

Son aksiyada isə iştirakçıların sayı qat-qat az olub, meydana toplaşanların bir qismi küçədən keçənlər, maraq üçün meydana gələnlər, jurnalistlər  olub. Ən sensasion məlumat isə budur ki, aksiyada Moskva şəhərindən və Bakının ayrı-ayrı nöqtələrindən gələn şəxslər əsas iştirakçılar olub. Bu məlumat Gəncə olaylarında maraq qruplarının bir neçəsinin iştirakını təsdiqləyir. Həmin qruplar da Gəncədə qarışıqlığın baş tutmasında, məsələyə din çalarlarının verilməsi və İran izinin gözə girməsində maraqlı olublar. Lakin o da mütləq deyilməlidir ki, hadisə ərəfəsində İrandan yayın yapan bir neçə media quruluşu və facebook səhifəsi Azərbaycan əleyhinə təbliğat aparmaqla yanaşı, həm də çağırış və təhriklərdə bulunublar.

Gəncə polislər ile ilgili görsel sonucu

Qanına qəltan edilən polislər kimlərdir? 

“Yeni Müsavat” həlak olan polislərlə bağlı da məlumatlar alıb. Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Atakişiyev polis sistemində, xüsusilə tutduğu postda əvəzolunmaz şəxs statusunda olub. Rəis müavini postunu tutduğu 20 il ərzində Gəncə Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə təyinatlar olsa da, onu dəyişməyiblər. Onun dəyişdirilməməsi önəmli səbəblərlə izah olunur. Vəzifədə olduğu müddətdə İlqar Atakişiyev Gəncə camaatının rəğbətini qazana bilib. Gəncədə tanınmış şəxslər deyir ki, İlqar Atakişiyev vəzifədə olduğu müddətdə kiminsə qolundan tutub polisə aparmayıb. Əksinə, tutulub polisə gətirilən gənc, istəmədən xətaya  yol vermiş şəxsləri “bir daha etməz” deməklə azad etdirirmiş... Gəncədə polis sistemində onu xüsusi çəkiyə məxsus olan polis zabiti kimi xarakterizə edirlər. Odur ki, dəyişən rəislər də bu məqamları nəzərə alıb onunla işləyiblər. Onun hadisə baş verən gün meydanda silahsız, təkbaşına dayanmasının əsas səbəbi də məhz özünün Gəncədə nüfuzuna arxayınlığı olub. İlqar Atakişiyevə heç bir gəncəlinin əl qaldırmayacağını hər kəs bilirmiş.

İlqar Atakişiyev Gəncədə baş verən, hakimiyyətlə xalqın arasında olan gərginlikləri aradan qaldıran gizli qəhrəmanlardan olub. Səməd Abbasova gəlincə, belə məlum olur ki, o, Texnologiya Universitetini bitirib. Həmin universitetin məzunu olan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu deyik ki, Səməd Abbasov iaşə mühəndisliyi oxusa da, hüquq-mühafizə orqanına xidmətə keçib. Rauf Arifoğlu  Səməd Abbasov haqda ortaq dostlarından, Gəncədən olan tanışlarından xəbər aldığını da bildirdi. Dedi ki, Nizami rayon Polis İdarəsinin rəisi müavini olaraq o da eynilə İlqar Atakişiyev kimi  barışdırıcı mövqedə olan, əxlaqlı, inanclı bir şəxs olub. Qarabağ seyidlərinin nəslindən olan polis zabiti olub.

Şiə icmasının seyid övladına əl qaldırması?

Belə bir halda ortaya məntiqi sual çıxır - əgər iğtişaşların törədənlər Gəncədəki şiə icmalarıdırsa, Əhli-beytin bir övladına xəncər qaldırılması nə dərəcədə doğrudur? Şiə icmasının seyid övladına əl qaldırması inandırıcı deyil.

Bu məqamlar baş verənlərdə Gəncə şiələrinin iştirakını olması haqda iddiaları rədd edir. Bununla yanaşı, Gəncə camaatının Elmar Vəliyevə məmur olaraq münasibətinin də kəskin olmasını, onun əhaliyə qarşı qeyri-etik davranışlara yol verməsini də qeyd edirik. Lakin baş verənlərin başçının hərəkətlərinə qarşı verilən təpki adlandırmaq da düzgün deyil.

Gəncədə bp əməkdaşı da tutulub!

Ən maraqlı bir məqam da olaydan az əvvəl Gəncədəki hotellərə, evlərə Bakıdan və ətraf rayonlardan gəlib otaq kirayə edənlərlə bağlıdır. Hazırda həmin şəxslərin kimlikləri müəyyən edilib, onların bəziləri də istintaqa cəlb olunublar. Saxlanılanlar arasında bp-nin Azərbaycan əsilli bir əməkdaşı da var. O, meydana yaxın hoteldə 10 günlük otaq bronlayıb, hadisəni, olayları balkondan videoya çəkirmiş...

Həmin şəxsə 20 sutka həbs cəzası verilib və hazırda onun baş verən olaylara nə dərəcədə aid olub-olmaması aydınlaşdırılır.

İstintaq və eyni zamanda bizim araşdırmalarımız davam edir.






Fikirlər