3000 RUS əsgəri Ermənistanda AYAĞA QALXDI...
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbiçiləri “Kamxurd” və “Alaqyaz” poliqonunda hərbi təlimlər keçirir.
Publika.az xəbər verir ki, təlimlər 23 iyuldan 28 iyula qədər davam edəcək.
Təlimlərdə 3000-dən çox hərbi qulluqçu və 500 hərbi texnika iştirak edir. Təlimlərin miqyası böyük qiymətləndirilir.
Ermənistan mediası Rusiyanın bu təlimlərini payızda Dağlıq Qarabağda gözlənilən mümkün eskalasiya ilə bağlı olduğunu yazır. Ermənilərin əsas qorxusu Paşinyan hakimiyyətinin Qərbə üz tutmasına cavab olaraq, Kremlin mümkün müharibədə Ermənistan daxilindəki hərbiçilərini erməni hərbi birləşmələrinə qarşı çıxarmasıdır.
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin hərbi rəhbərliyi dünən sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda müharibənin başlaya biləcəyi haqda açıqlama verdi. Bu açıqlama və İrəvanda yeni hakimiyyətin populizm siyasəti işğalçı ölkənin hərbi hərəkətləri yeniləyə biləcəyi ehtimalını artırır. Bu hadisələr fonunda rus hərbiçilərinin Ermənistanı daxildən vura biləcəyi də istisna deyil. Xüsusilə Panik kəndində baş verən hadisə və Ermənistanın müdafiə naziri David Tonoyanın “rus sərhədçilərinin Ermənistan sərhədini qoruması məsələsinə yenidən baxa bilərik” açıqlaması proseslərin Moskvanın ürəyincə davam etmədiyini göstərir.
Rusiyalı hərbi ekspert Pavel Felqenqauerin “Qarabağ münaqişəsinin olduğu gərgin regionda belə təlimlərin keçirilməsi “odun üzərinə yağ tökə bilər” açıqlaması da baş verənlər fonunda diqqətdən yayınmır.