Deputatın bankında hətta prezidentin də göstərişlərini saya salmırlar - «Muğanbank»da Qarabağ əlillərinə qadağa var imiş

Deputatın bankında hətta prezidentin də göstərişlərini saya salmırlar - «Muğanbank»da Qarabağ əlillərinə qadağa var imişDİA.AZ: - 2-ci qrup Qarabağ əlili, Ucar rayon Zərdabi küçəsi döngə 2 ev 5-də yaşayan Bayramov ələmdar Hüseyn oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib.

Narazı vətəndaşın dia.az-ın elektron ünvanına yolladığı müraciətində qeyd olunur:

«Mətbuat vasitəsilə prezidentimiz İlham Əliyev cənablarına müraciət edərək bildirirəm ki, keçən ilin dekabr ayında «MuğanBank»ın Ucar filialına kredit götürmək üçün müraciət etdim. Onlar mənim sənədlərimlə və iş yerimlə maraqlandıqdan sonra kredit verə biləcəklərini dedilər. Mən kredit ala bilməyim üçün hansı sənədlərin lazım olduğunu öyrəndim və həmin sənədləri toplayaraq «MuanBank»ın Ucar filialına təqdim etdim.

Bankdan mənə bildirdilər ki, 3 gün ərzində kredit götürə biləcəm. 3 gündən sonra onlar mənə cavab verdilər ki, Qarabağ əlillərinə kredit vermirlər. Mənə nədən Qarabağ əlillərinə kredit verə bilməyəcəklərini isə izah edə bilmədilər.

İndi mən başa düşə bilmirəm, «MuğanBank»ın Ucar filialı Ermənistanındır, yoxsa Azərbaycanın? Biz Ermənistanamı güllə atmışıq, yoxsa «MuğanBank»ın Ucar filialına…

Cənab prezident! Mən bununla bağlı Sizə müraciət etdim və müraciətimdən sonra bu ilin mart ayında məni yenidən banka dəvət etdilər. Orada məndən təkrar olaraq kredit götürmə üçün lazım olan sənədləri istədilər. Orada ərizə forması da doldurdum. Sonradan məndən kredit götürməyimə köməklik göstərildiyi üçün izahat yazmağımızı istədilər.

Mən isə nə zaman pulu götürəcəmsə, o zaman da istədikləri sənədi yaza biləcəyimi söylədim. Onların məni aldadacaqlarından şübhələnmişdim. Və şübhələrim düz çıxdı. O vaxtdan bir ay müddətin keçməsinə baxmayaraq, hələ də mən kredit götürə bilməmişəm.

Mən yenə də cənab prezidentdən kömək istəyirəm. Sizdən xahiş edirəm ki, kredit götürə bilməyim üçün köməklik edəsiniz»
.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.






Fikirlər