Ermənistan üçün kritik həftə – əks-İNQİLAB və YENİ ÇAXNAŞMALAR...

Parlament bir həftəyə ya özünün siyasi “ölümü”nə qərar verməlidir, ya da...; ölkə yeni çaxnaşma ərəfəsində; Putin Paşinyanın demokratiya oyununa hara kimi dözüm göstərəcək – politoloq rəyləri... 

Oktyabrın 22-dən etibarən Ermənistan üçün növbəti gərgin dönəm başlayır. Bu gün hökumətin təşəbbüsü ilə çağırılacaq parlament iclasında gündəlikdə bir məsələ olacaq: yeni baş nazir seçkisi. Vəziyyəti intriqalı edən də bu özəllikdir.

Məsələ ondadır ki, konstitusiyaya əsasən, parlamentin özünü buraxması və erkən seçkilərin baş tutması üçün Nikol Paşinyana müxalif çoxluq, daha doğrusu, revanşist qüvvələr, ümumiyyətlə, heç bir digər qüvvə baş nazirliyə namizəd irəli sürməməli və ya irəli sürülən namizəd baş nazir seçilməməlidir.

İlk səsvermə oktyabrın 24-ə nəzərdə tutulub. Bir həftə sonra - oktyabrın 31-də eyni hal təkrarlanmalı, seçki baş tutmamalıdır ki, nəticədə ən tezi 30, ən geci 45 gün ərzində yeni parlament seçkiləri keçirilsin. Bu da təxminən dekabrın ortalarına təsadüf edir. Belə bir variantda Paşinyan və hökuməti yeni seçkilərədək öz səlahiyyətlərinə davam edəcək. Paşinyan məhz bu ssenari naminə postundan istefa verib.

*****

Ermənistan parlamenti ile ilgili görsel sonucu

Doğrudur, hazırda baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan seçkilərlə bağlı əsas siyasi qüvvələrlə kütlənin təzyiqi altında namizəd irəli sürülməyəcəyi haqda ilkin anlaşma əldə edib. Lakin bu, şifahi anlaşmadır. İkinci yandan, parlamentdəki çoxluq fərqindədir ki, Paşinyanın ssenarisi üzrə parlamentin buraxılmasına və erkən seçkilərə razılıq vermək - özü haqda “siyasi ölüm” hökmü çıxarmaq kimi bir şeydir. Çünki qarşıdakı seçkilərdə revanşist qüvvələrin indiki sayda deputat mandatları əldə edə bilməyəcəyi aydındır.

Bu səbəbdən, bir sıra təhlilçilər N.Paşinyanın istefasının onun özü və komandası üçün müəyyən risklər daşıdığını və xoşagəlməz ssenarinin ola biləcəyini istisna etmirlər. Məsələn, “Yeni Müsavat” qəzetinin məlumatına görə, erməni ekspert Mikael Zolyan alman nəşrinə verdiyi müsahibədə deyib ki, parlamentdə nisbi üstünlüyünü saxlayan respublikaçılar başqa bir şəxsi də baş nazir seçə bilərlər. 

“Ancaq bu gün ölkədə, faktiki, inqilaba universal dəstək fonunda və köhnə hakimiyyətə qarşı neqativ atmosferdə bu, proqnoz edilməyən nəticələrə gətirəcək avantüra demək olardı”, - deyə o qeyd edib. Bu üzdən erməni ekspert inanır ki, Paşinyan komandası parlament seçkilərində də qalib gələcək və artıq yeni Milli Məclis onu baş nazir seçəcək.

Ermənistan parlamenti ile ilgili görsel sonucu

Zolyana görə, köhnə hakimiyyətin parlamentdə formal demarşı hərçənd qanun çərçivəsində olacaq, bununla belə, cəmiyyət bunu “çevriliş cəhdi” kimi qəbul edəcək. “Bu da yeni kütləvi etirazlara və ölkədə situasiyanın qarışmasına gətirə bilər. İstənilən halda, belə bir ssenarini (əks-inqilab ssenarisini - ”YM") tam istisna etmək də olmaz. Çünki respublikaçı çoxluğun əksər üzvlərinin itirəcəyi heç nə qalmayıb. Onlar deputat mandatlarından məhrum olmaqla nəinki gələcək karyeralarını itirə, eyni zamanda, korrupsiya əməlləri ilə bağlı müttəhimlər kürsüsündə otura bilərlər", - deyə erməni təhlilçi sonda əlavə edib.

*****

İşğalçı ölkədə kritik 7 gündə yaşananları Moskva, sözsüz ki, xüsusi diqqətlə izləyəcək. Bəs Putin Ermənistandakı demokratiya oyununa hara kimi dözüm göstərəcək? Axı sirr deyil ki, Paşinyanın başında durduğu yeni siyasi elita Qərbin xeyrinə Rusiya ilə əlaqələri minimuma endirməyi hədəf alıb.

Ermənistan parlamenti ile ilgili görsel sonucu

“Lakin Moskva ilə münasibətlərin tam qırılmasına əlbəttə ki, gedilməyəcək. Ancaq Paşinyan çalışacaq ki, daha çox ABŞ-a və Avropa Birliyinə yaxın adam təəssüratı yaratsın”.  “Yeni Müsavat”ın məlumatına görə, bu barədə dsnews.u.a. portalında Ermənistandakı son situasiyanın şərhinə həsr olunmuş məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Bunun dəlilləri artıq var. Birincisi, Nikol Paşinyan dəfələrlə ABŞ-la əlaqələrin möhkəmlənməsinin vacibliyini bəyan edib. İkincisi, baş nazir əvəzi özünün beynəlxalq imici üzərində işləyir. Bu da ondan ibarətdir ki, Avropadan və Şimali Amerikadan olan həmkarlara bunu anons eləsin ki, Nikol Paşinyanın hakimiyyətdə uzun müddət qalmaq niyyəti ciddidir. Onun belə bir bəyanatı da var ki, Ermənistan daha çox Avropa Birliyinə inteqrasiya eləməlidir. Bu, çox iddialı bəyanatdır və ölkəni izolyasiya rejimindən, asılı vəziyyətdən çıxarmağa hesablanmış cəhddir”.

Məqalədə Rusiyanın mövqeyinə də toxunulur: “O halda Moskva yüz faiz kənarda qalmayacaq. Buradan belə bir sual çıxır: Paşinyan uzun müddət baş nazir ola biləcəkmi və nə dərəcədə o, güclü komanda yarada biləcək? Belə bir komanda olmayacaqsa, Rusiya üçün yerli qüvvələrin köməyi ilə Nikol Paşinyanın karyerasını laxlatmaq, hətta  dağıtmaq çətin olmayacaq. Odur k, artıq indidən Paşinyan qarşısında qəliz vəzifə durur: Avropa Birliyi ilə Rusiya arasında elı manevr etmək və birinciyə elə yaxınlaşmaq ki, Kremli qıcıqlandırmamaq”.

*****

“Mümkündür ki, tezliklə Ermənistanda Rusiya xarici siyasət maraqları üçün əsla proqnoz edilməyən bir hakimiyyət qurulsun. Ehtimal ki, İrəvanın Qərb toplusuna sıx inteqrasiya yolunda cəhdləri güclənəcək. Nədən ki, Paşinyan ”iqtisadi sıçrayış"la bağlı ümidlərini böyük sərmayələrə bağlayıb - hansı sərmayələr ki, yaxın zamanlarda görünmür".

Mixail Belyayev ile ilgili görsel sonucu

Bunu isə rusiyalı politoloq Mixail Belyayev “Vestnik Kavkaza” üçün yazdığı məqalədə qeyd edib. Onun sözlərinə görə, Paşinyanın büdcə “deşiklərini” oliqarxlardan alınan pullar hesabına tutmaq formulu uzunmüddətlı ola bilməz və onun effekti açıq-aşkar təzə hökumət tərəfindən şişirdilib. “Özü də bu populistlərə xas ən yaxşı ənənə stilində edilib. Qarabağ məsələsində güzəştlərə getmədən blokada iqtisadiyyatını ayağa qaldırmaq isə mümkün deyil”, - deyə müəllif sözünə davam edib.

Rusiyalı siyasi şərhçiyə görə, İrəvanın Qərblə oynamaqla həm də Rusiyadan əlavə imtiyazlar qoparmağa çalışacaq. “Dağlıq Qarabağ məsələsində elə də aydın olmayan, lakin sərt xətt isə cəbhə xəttində eskalasiyanı qaçılmaz edəcək”, - deyə sonda müəllif əlavə edib.

Stanislav Tarasov ile ilgili görsel sonucu

Başqa bir rusiyalı politoloq Stanislav Tarasov isə hesab edir ki, Moskva Nikol Paşinyan əleyhinə oyun aparmasa da, bütün “yumurtaları eyni səbətə qoymamaq” xətti izləyir. “Ona görə də Rusiya Ermənistanda başqa qüvvələrlə əməkdaşlıq variantı axtaracaq. Hazırda sual budur ki, Nikol Paşinyan bundan sonra özünü necə aparacaq? Əgər o, siyasi baxımdan regional siyasətdə, həmçinin dünyada özünü düzgün göstərə bilsə və Qərbin əlinə oynamasa, o zaman Ermənistan böhrandan çıxacaq”.

Məsələ də ondadır ki, Paşinyan seçkilərdən sonra da “iki stulda oturmaq” siyasətini uğurla davam edəcəyini düşünür. Bu isə illüziyadır. Nə Rusiya, nə də Qərb uzun müddət bu hiyləgər taktikaya dözüm göstərməyəcək. Yəni elə bir situasiya ki, Paşinyan hökumətinin bir əlindən Qərb, o birindən Moskva tutsun - belə şey gözlənilmir. İnqilabçı qüvvələr buna seçkilərdən sonra, çox tezliklə əminlik hasil edəcək...(musavat.com)






Fikirlər