Makron ŞOVİNİZMƏ qarşı - "MİLLƏTÇİLİK ÖLDÜRÜR"

Fransa prezidenti Emmanuel Makron ümid edir ki, I dünya müharibəsinin başa çatmasının yüz illiyinə həsr edilən tədbir əcnəbi liderlərə millətçiliyin öldürücü olmasını xatırladacaq, amma onu az adam eşidəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib.

“Fransız lider bu həftə ərzində təşkil olunan bütün səfərləri zamanı “millətçilik öldürür” şüarını səsləndirdi. Makron ümid edir ki, bu çağırış dünya liderlərinin diqqətindən kənarda qalmayacaq. Hər bir halda o ümid edirdi ki, təşkil etdiyi tədbir onun ölkə daxilində imicini gücləndirəcək. Makronun tərəfdaşı, “Böyük Avropa” ambisiyalarını reallaşdırmaq istəyən Almaniya kansleri Angela Merkel öz yolunun sonuna çatıb. Makron yenidən ABŞ prezidenti Donald Trampa öz əlini uzadıb, amma son aylar onlar arasında ayrılıq daha çox müşahidə edilir. Bütün bunlar Makronu liberal dəyərləri, Avropanın hakimiyyətini, miqrantlara qarşı yumşaq mövqeyi müdafiə edən yalnız liderə çevirib. Merkeldən sonra Avropanın liderinə çevriləcək xələf hələlik ölkənin daxilində siyasi baxımdan zəifdir. O, həmçinin siyasətçi kimi də təcrübəli deyil. Makronun rəhbərliyə iddia etdiyi Avropa Merkelin hakimiyyətə gəldiyi illərdəki Avropadan çox fərqlənir”, – deyə məqalədə bildirilib.






Fikirlər