Saakaşvilinin xanımı təbliğata QOŞULDU...
Gürcüstan 6 ilini itirib. "AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Batumidə Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin tərəfdarları qarşısında çıxışı zamanı Mixail Saakaşvilinin xanımı Sandra Rulofs deyib. “Seçim sadədir. İki namizəd qalıb. Bunlar arasında böyük fərq var. Onlardan biri irəliyə, digəri isə geriyə hərəkətdir. Altı il itirilib və bunu kompensasiya edəcəyik. Ölkə irəliyə hərəkət etməlidir ki, onun ümidi, insanların gözündə həyat qığılcımı olsun”, – deyə o bildirib.