2 milyonluq cinayət...
"AzerTaym.az" milli.az-a istinadən xəbər verir ki hazırda Türkiyədə yaşayan A.İsayevin barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2000000 manat məbləğində dələduzluq etdiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl A.İsayevin İstanbul şəhərində ağır yol qəzası nəticəsində öldüyü xəbəri yayılmışdı. Bir sıra tanınmış müğənnilərin ifa etdiyi mahnıların sözlərini yazan A.İsayevin müğənni Röya ilə gizli münasibətinin olduğu da iddia olunurdu.