Sabiq müdafiə nazirindən cəbhədəki döyüşlərlə bağlı - Açıqlama
Məlumatlara görə, dünən axşam saatlarından başlayaraq Gədəbəy rayonunun cəbhə xəttində bütün gün boyunca Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında sərt döyüşlər gedib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər nəticəsində düşmən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Döyüş zanamı Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.
Cəbhədəki son vəziyyəti AzNews.az-a şərh edən Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev bildirib ki, ermənilər cəbhə xətti boyunca hər gün hucuma keçir: “Onlar həmişə belə təxribatlarla məşğuldur. Onun Azərbaycan ordusuna heç bir aidiyyatı yoxdur. Atəşkəsi onlar pozur. Biz onların sadəcə cavabını verib, susdururuq. Bu dəfə də onlar başlayıb, paylarını da aldılar”.
D.Razyevin fikrincə, Azərbaycan ordusu müharibəyə həmişə hazır olmalıdır və həmişə də hazırdır: “Sadəcə olaraq, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir. Neçə dəfə ölkə prezidenti çıxışında deyib ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz işğal altında olan torpaqlarımızı nəyinsə hesabına qaytaracağıq. Təbii ki, bu da müharibə yoludur. Hazırda isə müharibənin olacağı ilə bağlı yenilik yoxdur, ermənilər 20 ildir təxribatla məşğuldur. Həmişə təxribatın qarşısını almışıq və bundan da sonra alacağıq”.
Keçmiş müdafiə naziri hərbi ekspertlərin “müharibə variantı realdır” fikirinə də münasibət açıqlayıb: “Hərbi ekspertlərin müharibə ilə bağlı açıqlamalarına gəlincə, mən onların fikirlərini sensasiya adlandırıram. Bilirəm ki, prezident müharibənin nə vaxt başlamaq olduğunu gözəl bilir. Amma prezident sülh yolunu daha üstün tutur. Bu da xalqına olan istəkdən irəli gəlir. Müharibə faciədir, cavanların qanı tölüləcək, həlak olacaqlar. Nə qədər ki, sülh yolu var bu yolla da siyasətimiz davam etdirməliyik”.