XƏTAİNİN İCRA BAŞÇISI vəzifəsindən azad edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Razim İsa oğlu Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. "AzerTaym.az" xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.