"Qadınları birdən-birə icra başçısının müavini qoymaq olmaz"

"Qadınları birdən-birə icra başçısının müavini qoymaq olmaz""Bu gün icra hakimiyyətləri başçılarının müavinlərinin çoxu qadındır. Amma mən onlara baxanda narahatlıq keçirirəm. Qadınları birdən-birə məktəbdən gətirib icra başçısının müavini qoymaq olmaz. Onları bu vəzifəyə hazırlamaq lazımdır".

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "KİV-də Qadın və uşaq problemləri" mövzusunda keçirilən dəyirmi masada söyləyib.

Komitənin sədr müavini eyni zamanda qeyd edib ki, qadınları vəzifədən tamamilə uzaqlaşdırmaq da düzgün deyil.

Xatırladaq ki, Sədaqət Qəhrəmanova 1978-1995-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər Partiya Komitəsinin katibi, 1995-2005-ci illərdə Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.






Fikirlər