Ölkədən qaçan rektorla bağlı nazirlikdən açıqlama

Ölkədən qaçan rektorla bağlı nazirlikdən açıqlamaMaliyyə Nazirliyi Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində aşkar olunan nöqsanların ciddiliyini nəzərə alaraq yoxlama materiallarını hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bir müddət əvvəl Maliyyə Nazirliyi Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində yoxlamalar aparıb. Yoxlamalar nəticəsində ciddi maliyyə pozuntuları aşkar olunub.

Nazirlik yoxalamalar nəticəsində normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsini dayandırıb.

Qeyd edək ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib.

Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun son olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır. İlkin məlumatlara görə, o ölkəni tərk edib.






Fikirlər