“Qardaşoğlu, özünə yaxşı bax...”- İsa Qəmbərdən dəstək

“Qardaşoğlu, özünə yaxşı bax...”- İsa Qəmbərdən dəstəkMüsavat Partiyasının eks-başqanı İsa Qəmbər qohumlarının imtina bəyanatından sonra Emin Milli ilə fotosunu paylaşıb.


“Qafqazinfo” xəbər verir ki, sabiq partiya başqanı Adnan Hacızadə və Emin Milli ilə fotosunu paylaşraq “qardaşoğlu, özünə yaxşı bax” şərhini yazıb.

Qeyd edək ki, bir neçə gün öncə E.Millinin qaynı həbs olunub və 20-ə yaxın qohumu ondan imtina etdikləri barədə bəyanat yayıb.

Xatırladaq ki, bir müddət öncə Emin Milli İsa Qəmbəri 2003-cü ildə meydana çıxmağa qorxmaqda ittiham etmişdi. Tərəflər arasında mübahisə bir müddət mətbuatın gündəmində oldu. İ.Qəmbər isə Emin Millinin bu ittihamlarını özünə təhqir kimi qiymətləndirdiyini bildirmişdi.






Fikirlər