15.08.2014- R.İzzətlidən İ.Qəmbərə sərt ittihamlar

15.08.2014- R.İzzətlidən İ.Qəmbərə sərt ittihamlar18 Hərəkatının sədri Ruslan İzzətli Müsavat Partiyasının başqanı İsa Qəmbəri sərt şəkildə ittiham edib.

Avropa.info xəbər verir ki, Ruslan İzzətli Müsavat başqanını sifarişlə meydana çıxan partiyalarla birgə işləməkdə ittiham edib.

"100 ilin partiyasıyıq, qoc-qocaman Müsavat deyən hörmətli İsa Qəmbər, siz bu duruma nədən düşdünüz.? Görün, vicdan məhbusların kimlər müzakirə edir, seçkidən-seçkiyə kimlərinsə sifarişilə meydana çıxanlar, bir özü və partiyasının sosial şəbəkədə adı olan sədrlər . Mediada və saytlarda qalmaq xətrinə, zalın və ya masanın ətrafın doldurmaq üçün nədən bu cür gülünc duruma salırsız özünüzü. Amma, anlayıram sizi, onlardan başqa kim gəlir ki."

Qeyd edək ki, bir neçə gün öncə, Müsavat başqanı İsa Qəmbər həbs olunanların müdafiəsi məqsədi ilə keçirilən tədbirə bir sıra müxalifət partiyalarını dəvət etsə də, bəzi partiyalar bu dəvəti qəbul etməyiblər.






Fikirlər