“İsa Qəmbər Azərbaycan xalqına xəyanət etdi”

“İsa Qəmbər Azərbaycan xalqına xəyanət etdi”“Müsavatın Milli Şuradan çıxmasında göstərdiyi səbəblər bəhanələr yığnağıdır. Orada məntiqli görünən heç bir izah yoxdur. Hesab edirəm ki, Müsavat bu addımı Milli Şuranlı dağıtmaq məqsədilə atdı. Necə ki, indiyə qədər Milli Şuranın tərkibində də bunu edirdi”.
Bunu Azertaym.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri əvəz Temirxan Müsavat Partiyasının Milli Şuradan çıxmasına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Müsavat Partiyası Rüstəm İbrahimbəyov sədr olanda da, fəxri sədr olandan sonra da həmlələr edirdi, əks təbliğat aparırdı:
“Müsavatın bütün bəhanələrui qutarıb. Görün nəyi əsas göstərirlər. Milli çox tərəfli, kollektiv ittifaq olduğu halda qurumun daxilində funksional əməkdaşlıq təklif edirlər. Mütəşəkkil bir təşkilatın daxilində funksional əməkdaşlıq təklif etmək onu dağıtmaq deməkdir. Amma Müsavat istəyirdi ki, Milli Şuranın dağıdılmasında başqalarını özünə şərik etsin, o da alınmayanda Milli Şuradan getməyə qərar verdilər”.
Müsavatın gedişinin Milli Şuranın dağılmağına səbəb olu- olmayacağına gəlincə isə, Ə.Temirxan deyib ki, bunu zaman göstərəcək: “Hər halda bu, Müsavat rəhbərliyinin, başda İsa Qəmbər olmaqla, Azərbaycan xalqına qarşı növbəti xəyanətidir”.






Fikirlər