İsa Qəmbərlə Eldar Namazov arasında təkbətək məxfi görüş
İsa Qəmbərlə Eldar Namazovun görüşünün dekabr ayında Müsavatla EL rəhbərliyi arasında keçirilən görüşün davamı olduğu söylənilir. Böyük ehtimalla hər iki siyasətçi rəhbərlik etdikləri qurumların arasında ikitərəfli əməkdaşlıq və Milli Şuranın fəaliyyəti barədə müzakirələr aparıblar.
Musavat.com-un müxbiri məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün Eldar Namazovla danışıb. Eldar Namazov “Biz vaxtaşırı görüşüb müzakirələr aparırıq, bu da ənənəvi görüşlərdən biri idi” deyib ətraflı informasiya verməkdən imtina etdi: “Biz vaxtaşırı dostlarımızla oturub nahar edir, fikir mübadiləsi aparırıq. Bu cür görüşlər bizim üçün o qədər adi bir şeydir ki, onunla bağlı mediaya xüsusi informasiya verməyə ehtiyac görmürük”.