Elgiz onların yalanını üzə çıxardı

Elgiz onların yalanını üzə çıxardı

Aparıcı Elgiz Əkbər Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov barədə müzakirələrə səbəb olacaq açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, Elgiz Emilin “O səs Türkiyə”yə qatılmadığını, hər kəsi aldatdığını qeyd edib: “Guya münsif Seda Sayan ağlayıb, zalın yarısı göz yaşı töküb. Nağıllardır, əfsanələrdir. İnsan danışır, müdaxilə etmədim. Amma gərək edərdim. Ortada Rəhman var idi, dəyər verirdim. Amma məlum oldu ki, o, heç zalın qapısından içəri girməyib.

Yarışmanın rəsmi səhifəsində Emilin adı da yox idi.  Sonra deyir ki, mənim verilişimdə bu haqda danışdığına görə yarışmadan çıxarıblar.  Heç bir çıxışın görüntüsü yoxdur. Hamısı yalan imiş, bunlara nə ehtiyac var. Bu söhbətlərdən sonra onlardan ürəyim qırıldı. Gərək belə şeylər etməyərdi”. 

Bu məqamda bildirək ki, Emil  “Hər şey daxil” proqramında söyləmişdi ki, Elgizin verilişində müsabiqə barədə danışdığı üçün “O səs”dən uzaqlaşdırılıb:  “Elgiz sual verdi ki, hansı jüri sənin ifanı bəyənərək geri dönüb. Mən də bildirdim ki, Seda Sayan! Əslində, müsabiqə şərtlərinə görə, heç nə açıqlamamalı idim. Amma qaydanı pozdum”.

 






Fikirlər