12.02.2014. - Elgiz Əkbər İlham Mirzəyevi "şarlatan", "dələduz" adlandırdı

12.02.2014. -  Elgiz Əkbər İlham Mirzəyevi "şarlatan", "dələduz" adlandırdıANS-in əməkdaşı Elgiz Əkbər aparıcısı olduğu “Adam içində” verilişində səriştəsiz psixoloqlardan söz düşərkən, “Space”-in“Etiraf” verilişinin aparıcısı İlham Mirzəyevi “şarlatan” və “dələduz” adlandırıb.

AzerTaym.az-ın məlumatına görə, tok-şounun fevralın 6-da efirə çıxan sayında E.Əkbər deyib ki, bəzi insanlar var, dərs keçirlər, psixoloji söhbətlər aparırlar. Hətta psixologiya elmləri namizədidirlər. Hansı ki, bunun psixologiyadan xəbəri yoxdur.

O, əlavə edib ki, bu adam cadugərliklə məşğuldur: “İnsanlar onun qapısında dayanıb falına baxdırıblar. Veriliş aparır, camaata dərs keçir. Şarlatan, dələduz kimi təhqirlərə məruz qalıb. Mən bunu görmüşəm. Bu haqda araşdırma aparacağam. Onun hansı fəaliyətinə görə namizəd adı verildiyinin araşdırılması üçün alimlərə müraciət edəcəyəm. Şarlatanın, dələduzun böyüyüdür, aktyordur, adamları ağladır. Bu sahədə analoqu olmayan dələduzlar çoxdur. Onun dünyagörüşündə “e” hərfi belə yoxdur, nəinki “elm” sözü”.






Fikirlər