İLHAMƏNİN oğlu MİRAS davasına qalxdı: "ELGİZ YALAN DEYİR"
Xalq artisti İlhamə Quliyevanın bütün mirasının pul şəklində Azərbaycan əsgərlərinə xərclənməsini istəməsi xəbərinə sənətçinin oğlu münasibət bildirib.
Gün.Az-a açıqlama verən Orxan Nadirov ANS-in aparıcısı Elgiz Əkbərin “İntagram” bloqunda yazdığı bu fikri belə şərh edib:
"Mən bilmrəm nəyə əsaslanaraq Elgiz Əkbər belə yazıb. Bu, əsassız fikirdir. Ümumiyyətlə, ölən insanın arxasınca həmişə danışırlar. Hələ danışan çox olacaq".
Orxan anasının vəsiyyəti ilə bağlı deyilənlərə də fikir bildirib. Deyib ki, İlhamə Quliyeva islam dininin adətlərinə uyğun dəfn olunacaq: "Anam Allaha çox inanırdı, inanclı insan idi. Ona görə də tabutda deyil, kəfəndə torpağa basdırılacaq. Bu gündən ehsanı Təzə Pir məscidində veriləcək. İslam qayda-qanununa uyğun da yas mərasimi keçiriləcək, cümə axşamları, 40 mərasimi olacaq".