İLHAMƏ Quliyevanın OGLU ÜZR İSTƏDİ

İlhamə Quliyevanın oğlu üzr istədi

 

 

 
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mətbiata açıqlama verib. 
Musavat.com xəbər verir ki, anasının ölümündən danışan xalq artistinin oğlu dünən etdiyi kobudluğa görə media nümayəndələrindən üzr istəyib: “Azərbaycan incəsənətinə böyük itki olduğu kimi mənim üçün də böyük itkidir. Mən böyüyümü, dayağımı itirmişəm. Bu gün mənim üçün çox çətindir. Hamının alın yazısı var, gec-tez vəfat edir. Dünən jurnalistlərə qarşı kobudluq etmişəm. Dəfələrlə hamınızdan üzr ostəyirəm. Məni də başa  düşün, yaxınlaşıb nə hiss keçirdiyimi soruşdular. Bu toy, konsert deyil ki, sevinc hiss keçirim. Anamın vəsiyyətnaməsi, bütün sənədləri ailəmizin hüquqşünası Habil Vəliyevdədir. O bu işlə məşğul olacaq. Sırağagün gecə anamla danışdıq. Hər zaman ikimiz yuxudan gec oyandığımız üçün bir-birimizə gec zəng vururduq. Vacib iş olanda tezden zəng vurardım. Hələ ki, ekspertizanın rəyi açıqlanmayıb, 15 gün sonra hər şey məlum olacaq. Anam tabutda basdırılmağını istəsə də, biz müsəlmanıq. Müsəlman anamı tabutda basdıra bilmərəm. Bu gündən ehsanı Təzə Pir məscidində veriləcək”.
Orxan xalq artistinindiplomatik pasportundan da danışıb: “İlhamə xanıma Heydər Əliyev tərəfindən diplomatik pasport verilib. O diplomatik status daşıyır” 






Fikirlər