“ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyona yaxın əməliyyat zərəri yaranıb

aca6e88d3366

Bank sektorunda və mətbuatda Məmməd Musayevin bankı kimi tanınan “TuranBank” ASC-nin 2019-cu ilin 1-ci rübü üzrə maliyyə hesabatları dərc olunub.Hesabatlardan belə görünür ki, daha çox “Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevin bankının vəziyyəti o qədər də ürəkaçan deyil.

Belə ki, ilin 1-ci rübündə “TuranBank”ın cəmi gəlirləri 8 milyon 650 min manat, cəmi xərcləri isə 9 milyon 93 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 444 min manata yaxın əməliyyat zərəri yaranıb.

Vəziyyəti yalnız ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatdan cəlb olunan 553 min manat nisbətən düzəldib və bunun hesabına 109 min manat mənfəət yaranıb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-mart dövründə “TuranBank”ın zərəri 216 min manat təşkil etmişdi. Ötən ilin birinci rübü ilə müqayisədə isə bankın xərcləri 1 milyon manata yaxın artıb ki, bu da yaranmış zərərin əsas səbəbidir. Belə ki, cari ilin ilk rübündə “TuranBank”ın cəmi gəlirləri 597 min manat, cəmi xərcləri isə 970 min manat artıb.

1466589643_turanbank

Xərclərin artımının gəlir artımını az qala iki dəfəyədək üstələməsi əməliyyat zərərini “şişirdib”. Burada qeyri-faiz gəlirlərinin 810 min manatdan 664 min manata düşməsi də əhəmiyyətli rol oynayıb.

Onu da qeyd edək ki, 2017-ci ili 1 milyona yaxın, daha dəqiq desək, 725 min manat ziyanla başa vuran “TuranBank”, 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. Bu da onu göstərir ki, bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir.

Onu da xatırladaq ki, bir müddət öncə “Marja” “TuranBank”ın bağlanan bankların yolu ilə gedərək yüksək faizlə əmanət cəlb etdiyinə dair məlumat yaymışdı. “Bu bankda əmanət faizləri əsasən 16-18,5% intervalındadır ki, (hazırda bu rəqəm 12,5-12,9 faizə endirilib- red.) bu faiz dərəcələri ilə yerləşdirilən əmanətlər sığortalanmır.

Bankın saytında yer alan məlumata görə, “TuranBank” “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 6 növ əmanət təqdim edir…

Bankın yüksək faizlə əmanət cəlb etməsi vəsaitə ehtiyacının olduğuna və risklərə işarə edir. Əgər “Turan Bank” “Kapital Bank” qədər dayanıqlı və etibarlıdırsa 8%-lə əmanət cəlb etsin. Maliyyə dünyasında qəbul olunmuş qaydaya görə, yüksək gəlirlilik faizi risklərə işarədir” – deyə məlumatda bildirilmişdi.

1497955840_2017-06-20-14-12-04221

Qeyd edək ki, sözügüdən bankın sahibi kimi təqdim olunan Məmməd Musayev ayamasından da göründüyü kimi, bank sektorunda kifayət qədər tanınan və birmənalı qarşılanmayan fiqurdur.

Ancaq bununla yanaşı M.Musayev eyni zamanda “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü kimi vəzifələr daşıyır.

AzPolitika.info

 

 






Fikirlər