Nailə İslamzadədən saytlara ETİRAZ: “Axı mən ARVADI sözünü işlətməmişəm!”

 

Tanınmış diktor və teleaparıcı Nailə İslamzadə internetdə yayılan müsahibəsinin ayrı-ayrı xəbər saytlarında təhrif olunmuş başlıqlarla verilməsinə etiraz edib.

 "AzerTaym.az" xəbər verir ki, Nailə İslamzadəni hiddətləndirən başlıq “Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar” olub: Nail Naiboğluna hörmətim var. Ziyalı, danışığını bilən, səmimi bir insandı. Məndən müsahibə götürdü, öz Youtube kanalında yerləşdirdi. Ondan sonra isə azı 15-20 sayt müsahibəyə istədikləri başlığı qoyaraq, bəzi sözlərimi təhrif edərək dərc ediblər. Başlıqlardan birinə diqqət edin: “Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar”. Axı mən ARVADI sözünü işlətməmişəm, Nail bu barədə sual verdi, mən də cavab verdim ki, bəli, soyadlarımız uyğun olduğu üçün, bir zamanlar elə bilirdilər ki, Akif bəyin həyat yoldaşıyam. Hörmətli jurnalist həmkarlarım, artıq dərəcədə xahiş edirəm, diqqət edin, mən başlıqda yazdığınız kimi kobud ifadə işlədəcək insan deyiləm, sənətinizə, qələminizə hörmət edin lütfən.






Fikirlər