12.09.2014- T.Özalı arvadı və oğlu öldürüb?!

12.09.2014- T.Özalı arvadı və oğlu öldürüb?!Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü ilə əlaqədar arvadı və oğlu şübhəli şəxs qismində izlənilir.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.Özalın xanımı Səmra Özal və oğlu Əhməd Özal “8-ci prezident Turqut Özalın ölümünün zəhərlənmə nəticəsində olduğu” iddiası ilə əlaqədar istintaq işləri daxilində 19 dəfə dindirilib.

T.Özalın qəsdən öldürülməsi ilə bağlı açılan cinayət işində 56 nəfər şübhəli şəxs qismində dindirilib. Cinayət işi açılandan T.Özalın arvadı və oğlunun telefon danışıqları da dinlənilib.

Qeyd edək ki, cinayət işi 2013-cü ildə açılıb. Cinayət işində adı hallanan şəxslər “maddi gəlir əldə etmək məqsədilə təşkilat qurmaq, təşkilat fəaliyyəti çərçivəsində qəsdən adam öldürmə”də ittiham olunurlar.






Fikirlər