Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ
Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. "AzerTaym.az" bildirir ki, Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: "Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. Allah dualarınızı qəbul etsin!"