Azərbaycanda 3 qardaş general-leytenant oldu

Azərbaycanda 3 qardaş general-leytenant oldu

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. "Criminal.az xəbər verir ki, sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Bundan başqa, Prezidentin digər sərəncamına əsasən, Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilib.
Criminal.az xatırladır ki, S.Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin qardaşıdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin zabiti olan S.Nağıyev general-moyor rütbəsini 2013-cü ildə almışdı. Sabir Nağıyev xidməti vəzifəsində bir neçə dəfə təltif olunub. O, 2008-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 15 illiyi münasibətilə, dövlətin milli təhlükəsizliyinin, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup zabitlə birlikdə "Vətən uğrunda" medalı ilə də təltif edilib.
Məlumat üçün bildirək ki, S.Nağıyev nağıyevlər ailəsində general-leytenant rütbəsi alan 3-cü generaldır. Onun böyük qardaşı Vəli Nağıyev 2015-ci ildən bügünədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. V.Nağıyevə ölkə prezidenti İlham Əliyev 2018-ci ildə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verib, general-leytenantdır.






Fikirlər