“Etibar Məmmədov Əli İnsanovdan xahiş etsə...” – REAKSİYA

“Etibar Məmmədov Əli İnsanovdan xahiş etsə...” –

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı yayılan xəbərlərdən sonra sosial şəbəkələrdə bu məsələ barədə müzakirələr başlayıb. “Yeni Sabah” mövzu ilə bağlı siyasi şərhçi Azər Rəşidoğlu ilə söhbətləşib.

- Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı xəbərlər yayılır. Lakin hələ ki, AMİP lideri bu məlumatlara reaksiya verməyib. Sizcə,onun sükutunun səbəbi nədir?

- Kimlərsə ictimai fikri zondaj edirdi və əmin oldu ki, ictimai rəy Məmmədovun xeyrinə deyil. Heç kəs "Etibar bəy, bizi xilas elə" deməyəcək. Etibar Məmmədov bir keçmişdir və onun yenidən böyük siyasətə qayıdışı imkansızıdır. Şəxsən mən inanmıram ki, o, biznesini qoyub, siyasətə gəlsin. 

Milli Azadlıq Hərəkatındakı xidmətlərinə baxmayaraq, AMİP-in mənəvi lideri bir regionçu siyasətçi kimi tanınır. O, ən yaxşı halda Əli İnsanovun yanında dayana bilər. Hərəkat iştirakçıları onun "Gəncə hadisələri" zamanı tutduğu mövqeyə görə bağışlamayacaqlar. Digər tərəfdən, artıq yeni gənclik formalaşıb. Məmmədov kimi hikkəli, təkəbbürlü və özünə məftun siyasi liderlərə daha yer yoxdur.






Fikirlər