Novruz Məmmədov istefa verdi - Prezidentin köməkçisi yeni vəzifəyə gətirildi
Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.
Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsini dəstəkləyib.
"AzerTaym.az" bildirir ki, iclasda "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə olunub vəsəsvermə ilə qəbul edilib.
Gözlənilir ki, bu gün Prezident MM-in bu qərarını təsdiq edəcək.