SURİYA KÜRDLƏRİ ƏSƏDLƏ ANLAŞDILAR! – Türkiyəyə qarşı və Rusiyanın sayəsində…

060120191229361489586

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya kürdləri hökumət ordusunun bu ölkənin şimal sərhədlərində yerləşməsi barədə razılıq əldə ediblər. Bu barədə kürd qüvvələrinin nümayəndəsi Bədrəd Cia Kürd xəbər verib(«Röyter»).

Onun sözlərinə görə, saziş Suriya ordusunun şimal-qərbdəki Mənbic şəhərindən tutmuş, şimal-şərqdə yerləşən Derik (Əl-Malikiyyə) şəhərinə qədərki ərazilərdə yerləşməsini nəzərdə tutur. Kürd dəqiqləşdirib ki, bu, ilkin razılaşmadır, tərəflər siyasi məsələləri bir qədər sonra müzakirə edəcəklər. O, əlavə edib ki, müdafiə axtarmaq ehtiyacı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəyə «yaşıl işıq» yandırmasından sonra meydana çıxıb.

Kürd siyasətçi Aldar Kselil qeyd edib ki, bu, fövqəladə tədbirdir. «Hazırda sərhədlərin Türkiyə «təhdidindən» müdafiəsi prioritet təşkil edir» - deyə, o, bildirib.

images (1)

Bundan əvvəl məlum olub ki, Suriyanın hökumət qüvvələri kürd birləşmələrinin nəzarəti altında olan Tabka şəhərinə daxil olub və Türkiyə qüvvələrinə qarşı durmaq üçün şimala doğru hərəkət edir. Tərəflər danışıqlar masası arxasına Rusiyanın vasitəçiliyi ilə oturublar. Məgər Rusiya bütün bunların məhz Türkiyəyə qarşı həyata keçirildiyini bilmir?

Məlumdur ki, indiyə qədər Suriyadakı kürd silahlıları adı ilə təqdim olunan terrorçu qruplaşmaları ABŞ silahlandırıb və fəal şəkildə dəstəkləyib. Rusiya isə Əsədi dəstəkləyib. ABŞ-ın başçılıq etdiyi koalisiya indiyə qədər prezident Bəşər Əsədə qarşı vuruşub. Deməli, məntiqlə, Rusiya və Əsəd qüvvələri də sövzügedən terrorçu dəstələrlə vuruşmalı idilər. İndi necə oldu ki, sözdə terrora qarşı vuruşduğunu bəyan edən Rusiya, qəflətən strateji tərəfdaşı Türkiyəyə üz çevirib, terrorçularla «curlaşır»?

Türkiyənin «Sülh çeşməsi» hərbi əməliyyatının başlanmasından ötən bir neçə gündə cərəyan edən prosesləri izlədikcə, aydın olur ki, Türkiyəyə qarşı yeni bir «xristian cəbhəsi» açılır və hətta qardaş ölkənin NATO üzrə müttəfiqləri belə, Türkiyə ilə mübarizə istiqamətində terrorun tərəfinə keçir!

Turkey103

Baxın, NATO-nun ən fəal üzvləri olan Fransa, Almaniya, Britaniya, Polşa… Türkiyəni pisləyir, Almaniya isə onu silahsız qoyacağı ilə təhdid edir. Amma NATO-nun əsas fəaliyyət istiqamətlərindən biri də məhz terrorla mübarizədir. NATO rəhbərliyi terrorla apardığı bu mücadilədə Türkiyəyə kömək etmək əvəzinə, sadəcə, boğazdan yuxarı «bu məsələdə Türkiyə ilə vuruşmayacağıq» deməklə, işini bitmiş hesab edir. Qəribə «müttəfitqlik»dir, deyilmi?

Belə olan halda, Türkiyənin NATO deyilən hərbi alyansda qalmasına dəyərmi? Güman ki, Türkiyə hakimiyyəti bu barədə ciddi düşünməli olacaq…

Mirzə AĞ
AzPolitika.info






Fikirlər