Türkiyə Afrinə əlavə 1,2 min «XÜSUSİ TƏYİNATLI» göndərib

TURK

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə Suriyanın Afrin rayonunda hərbi əməliyyat keçirən silahlı qüvvələrinə (SQ) dəstək məqsədilə, əraziyə əlavə olaraq 1,2 min nəfər «xüsusi təyinatlı» göndərib.

Bu barədə özəl mənbəyinə istinadla «Türk Press» elektron nəşri məlumat verib.

Əldə olan məlumata görə, çərşənbə axşamı əraziyə yeridilmiş bölmələr artıq kürd silahlı birləşmələrinə qarşı hərəkətdə olan Türkiyə qüvvələri ilə birləşəcək. Ankaradan isə hələlik rəsmi təsdiq daxil olmayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Dəməşq rejiminə loyal olan silahlı birləşmələr Hələbdən Afrinə doğru hərəkətə keçib. «Sana» qeyd edir ki, «xalq hərəkatçılarının bu şəhərə girməkdə məqsədi «Türkiyə rejimi»in təcavüzü qarşısında sakinlərin dəyanətini dəstəkləməkdən ibarətdir».

Ankarada isə öz növbəsində, bildirirlər ki, Suriya hökumət qüvvələri Türkiyə artilleriyasının atəşi altına düşərək, geri çəkilməyə məcbur olub.

 






Fikirlər