Putinlə Ərdoğanın telefon danışığı OLDU
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub. “TASS” xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriyada gərginləşən vəziyyətdən danışıblar. Onlar oktyabrın 22-də imzalanmış Soçi memorandumun tərəfdarı olaraq qaldıqlarını vurğulayıblar. Qeyd edək ki, Soçi memorandumunda YPG/PKK terrorçularının Suriyanın şimal-şərqindən çəkilməsi ilə bağlı 10 maddə öz əksini tapmışdı.