ÜÇ SABİQ DEPUTAT - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR
2020-ci il fevralın 9-u ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox şəxslər seçkilərə qatılmaqla bağlı qərarını açıqlayıb. Maraqlıdır, vaxtilə Milli Məclisin üzvü olmuş şəxslər budəfəki seçkilərdə yenidən namizədlik haqda düşünürmü? Modern.az-ın əməkdaşı üç sabiq deputat xanımla əlaqə saxlayıb. “Növbəti seçkilərə qatılmaq barədə hələ ki düşünürəm. Tam qərar verməmişəm. Hətta köhnə seçicilərim də deputatlığa namizdəliyimi verməyi çox istəyirlər. Ancaq bu elə məsələdir ki, gərək dərindən düşünüb sonra qərar verim”. 2010-2015-ci illərdə Milli Məclisin YAP-çı deputatı olmuş Leyla Abdullayeva namizəd olmaq istəmədiyini bildirib: “Hazırda seçkilərlə bağlı məntəqə sədriyəm. İşlərimiz çoxdur. Ancaq deputatlığa namizəd olmaq fikrim yoxdur. Düşünürəm ki, bir məktəb direktoru, pedaqoq olaraq dövlətimizə daha çox fayda verə bilərəm”. Milli Məclisin I və II çağırış deputatı olmuş Asya Manafova növbəti parlament seçkilərinə qatılmayacağını vurğulayıb: “Mənim yenidən deputat olmaq fikrim yoxdur. Bizim deputat olmaq vaxtımız keçib. Gənclərə yol vermək lazımdır. Qoy parlamentə savadlı gənclər gəlsin. Sizə uğurlar”.
2005-2010-cu illərdə Milli Məclisin bitərəf deputatı olmuş Lalə Abbasova növbəti seçkilərlə bağlı düşünüb qərar verəcəyini deyib: