Jalə Əliyevanın lider olduğu dairədən şikayət təmin edilmədi

Jalə Əliyevanın lider olduğu dairədən şikayət təmin edilmədi

92 saylı Zərdab-Ucar seçki dairəsindən namizəd, Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, A.Məmmədov şikayətində bildirib ki, səsvermə zamanı pozuntulara yol verilib və buna görə də həmin dairə üzrə nəticələr ləğv edilməlidir. A.Məmmədov qeyd edib ki, seçkidən sonra lider namizəd eyş-işrət məclisində müşahidəçinin telefonunu əlindən alıb yerə çırpdığını özü etiraf edib.

MSK sədri Məzahir Pənahov deyib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Komissiya üzvlərinin səsverməsi nəticəsində namizədin şikayətində qeyd etdikləri təsdiqini tapmadığı üçün təmin edilməyib.

Həmin dairə üzrə lider keçmiş deputat Jalə Əliyevadır.






Fikirlər