Onların dairəsi ilə bağlı şikayətlər DSK-ya göndərildi - Tam SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb. “Qafqazinfo” xəbər verir ki, bir sıra dairələr üzrə müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına göndərilib. Bunlar aşağıdakılardır: 9 saylı Binəqədi ikinci seçki dairəsi - Lider namizəd Kəmaləddin Qafarov 11 saylı Qaradağ seçki dairəsi - Lider namizəd Aydın Hüseynov 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi - Lider namizəd Xasayeva Səbinə 5 saylı Yasamal seçki dairəsi - Lider namizəd Ülvi Quliyev 16 saylı Yasamal ikinci seçki dairəsi - Erkin Qədirli 18 saylı Nərimanov-Nizami seçki dairəsi - Lider namizəd Rasim Musabəyov 23 saylı Nəsimi-Səbail seçki dairəsi - Lider namizəd Ziyad Səmədzadə 29 saylı Səbail seçki dairəsi - Lider namizəd Nigar Arpadari 31 saylı Suraxanı ikinci seçki dairəsi - Etibar Əliyev 41 saylı Sumqayıt birinci seçki dairəsi - Lider namizəd Hicran Hüseynova 42 saylı Sumqayıt seçki dairəsi - Lider namizəd Tahir Mirkişili 47 saylı Mingəçevir seçki dairəsi - Lider namizəd Aydın Mirzəzadə 54 saylı Şabran-Siyəzən seçki dairəsi - Lider namizəd Qurbanov Sadiq 56 saylı Xaçmaz kənd seçki dairsi - Lider namizəd Mikayılova Sevil 63 saylı Sabirabad birinci seçki dairəsi - Lider namizəd Cəfərov Kamal 72 saylı Yardımlı-Masallı seçki dairəsi - Lider namizəd Musa Qasımlı 77 saylı Astara seçki dairəsi - Lider namizəd Rəşad Mahmudov 78 saylı Lerik seçki dairəsi - Lider namizəd İqbal Məmmədov 79 saylı İmişli seçki dairəsi - Lider namizəd Razi Nurullayev 82 saylı Ağcabədi seçki dairəsi - Lider namizəd Tahir Rzayev 91 saylı Ucar seçki dairəsi - Lider namizəd Ramil Həsən 94 saylı Bərdə kənd seçki dairəsi - Lider namizəd Zahid Oruc 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi - Lider namizəd Ülviyyə Ağayeva 112 saylı Qax seçki dairəsi - Lider namizəd Azər Kərimli Qeyd edək ki, MSK-nın növbəti iclası fevralın 17-i saat 16:00-da keçiriləcək. Növbəti daxil olan müraciətlərə həmin iclasda baxılacaq.