“Böyük Saray”dan 100 min manatlıq İANƏ
“Böyük Saray” MMC də korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləyir. “Qafqazinfo”nun məlumatına görə, şirkət ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb. “Böyük Saray” MMC dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və xəstəliyin ölkə iqtisadiyyatına və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlik bütün tədbirlərini dəstəkləyir.