Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi

Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi

Türkiyədə koronavirusun qurbanlarından biri 33 yaşlı Dilek Tahtalı olub. 

“Qafqazinfo” “Hürriyyet”ə istinadən xəbər verir ki, yüksək tempratur və halsızlıqla xəstəxanaya müraciət edən Dileyin test nəticələri pozitiv çıxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq həyatı qurtarıla bilməyən qızın xəstəlik səbəbindən gec müraciət etdiyi qeyd olunub.

Keçmiş CHP-li millət vəkili Ramiz Topal 33 yaşlı qohumunun uşaqlıqdan rematizm xəstəsi olduğunu və dərman qəbul etdiyini bildirib. Amasyada dəfn edilən Dilek evin tək qızı olub və subay idi.

Ölümündən sonra onun sosial şəbəkədəki paylaşımları koronovirusun dəhşətlərini bir daha göz qarşısına gətirib:

Yüksək tempratur, bir düş artıq. Hər dəqiqə asprin və sirkəli su, ilıq su və buz kimi havada eyvana çıxmaqdan yoruldum. Burun tutulması, baş ağrısı, halsızlıq, axşam başlayıb gecələri yatmağa imkan verməyən öskürək...”

D. Tahtalının xəstəxanaların birinin qeydiyyat şöbəsində işlədiyi bildirilib.

Qeyd edək ki, Türkiyədə indiyə kimi 2433 nəfər koronavirusa yoluxub, onlardan 59-u ölüb, 26-ı isə sağalıb.






Fikirlər