Tədris nə vaxt başlayacaq? - Nazirdən AÇIQLAMA
“AzerTaym.az" bildirir ki, nazir AzTV-də yayımlanan “Hədəf” verilişində bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarından sonra ictimaiyyətə açıqlama veriləcəyini deyib: “Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycanda ilk koronavirus halı aşkar edildikdən cəmi bir neçə gün - mart ayının 3-də tədris prosesinin bütün təhsil müəssisələrində dayandırılması barədə qərar qəbul edildi. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək və bu müddətin uzadılması barədə qərar qəbul edilərsə, bu həftə ərzində Azərbaycan ictimaiyyətinə məlumat veriləcək”.