Müğənni Rəqsanənin işçisi koronavirusdan ÖLDÜ - FOTO
Müğənni Rəqsanə İsmayılovanın işçisi koronavirus pandemiyasına yoluxaraq həyatını itirib. İnstaqramda status yazan Tolik qadının 3 gündür xəstəxanada olduğunu, bu gün dünyasını dəyişdiyini bildirib. Mövzu barədə Rəqsanə İsmayılova da açıqlama verib. O, instaqramda işçisi Mehbarənin fotosunu paylaşaraq kədərləndiyini qeyd edib: “Sözün bitdiyi an, heç inana bilmirəm. 47 yaşında cavan gəlin... 10 yaşında körpəsi kimsəsiz qaldı. Üç ildən çoxdur ki, mənimlə çalışırdı”. Bundan əlavə, Rəqsanə restoranda çalışan xanımın 20 gündür işə gəlmədiyini, 3 gün xəstəxanada müalicə olunduğunu bildirib. Qeyd edək ki, sənətçi bir neçə gün öncə həyat yoldaşı Fazil Əmiraslanovla COVID-19 testindən keçib, nəticələr neqativ çıxıb.
"AzerTaym.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb.