“Ürəyi zəif olanlar dərman içsin” - Rəqsanə + FOTOLAR
Rəqsanə İsmayılovanın instaqramda paylaşdığı fotolar müzakirə mövzusuna çevirilib. “Qafqazinfo” xəbər verir ki, müğənninin çimərlik geyimində çəkilən fotoları birmənalı qarşılanmayıb, istifadəçilər tərəfindən tənqid olunub. Rəqsanə ikinci fotosunu paylaşaraq onu tənqid edənlərə cavab verib. “Kimin xoşu gəlmirsə, baxmasın. Siz dənizdə yəqin ki, ya şuba, ya da palto geyinirsiz. İstirahət edirəm, mənə belə xoşdur. Kim istəmirsə, baxmasın, dərdimi çəkməsin. Ürəyi zəif olanlar dərman içsin”,- deyə ifaçı qeyd edib.