Antalyada istirahət edən müğənni Xatirə İslam əməlli-başlı əsəbiləşib.
Buna səbəb isə ifaçının istirahətdən paylaşdığı şortikli fotosuna izləyicilərin təhqiredici sözlər yazması olub.
İzləyiciləri müğənninin fotosuna "Biabırçılıq, evləndi, dedik ki, düzələr", "Buna əri nə deyire, yarıçılpaq başqa kişinin yanında oturub", "Bu lütdür ki", "Nifrət edirəm xalqı alçaldandan sonra buna", "Yanındakı qardaşından utan, oğul böyüdürsən", "Ərin cəhənnəmə, oğul böyüdürsən, heç olmasa onu düşün", "Ramazan ayında belə geyinməzlər" , "Ayaqlarını arıqlat, nə gündədir, piylərin çölə tökülüb" kimi şərhlər yazıblar.
Bu fikirləri oxuyub, qəzəblənən X. İslam təhqir yazan izləyicilərini şərəfsiz adlandırıb:
"Şəkil paylaşdıq, üzr istəyirəm, bəzi şərəfsizlər, ailəsinə, özünə hörət etməyənlər, gic-gic, təhqiredici sözlər yazdı. Siz onsuz da şərəfsizsiniz. Sizə baş qoşmaq olmaz. Kim necə geyinir, özü bilər. Kimin xoşu gəlmirsə səhifəmdən çıxsın, məcbur saxlamamışam. Xoş sözlər yazanlara təşəkkür edirəm".
Qeyd edək ki, müğənninin yanında olan oğlan qardaşıdır.(big.az)