Sabiq nazir müavini və xidmət rəisi həbs edildi - Yenilənib

Sabiq nazir müavini və xidmət rəisi həbs edildi

Mədəniyyət nazirinin bu gün vəzifədən çıxarılan və DTX tərəfindən saxlanılan müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov məhkəməyə aparılıb. 

"AzerTaym.az" qafqazinfo-ya istinadən bildirir ki, DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.

Onlarla bağlı qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verəcək.

***

Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar verilib. Hər iki şəxs barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə)  maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.






Fikirlər