Turanə Musazadə
Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova Sirus Qoçqaninin sertifikasiyadan keçmədiyini təsdiq edir. Amma onu dayandıran tapılmır. S.Qoçqaninin adı Azərbaycan mətbuatına 2017-ci ildə Leyla Oruclunun ölümündən tanışdır. Hələ o dövrdə Qoçqaninin dayandırılmasının vacibliyi vurğulanan fikirlər səsləndirilib, bunun üçün hüquq mühafizə orqanlarına çağırışlar olmuşdu. Aradan 2 il ötdü və 2019-cu ilin mayında Sirus Qoçqani daha bir pasiyentin həyatına son qoydu. Həkim Sona Gürgün Vəliyeva onun əməliyyatı zamanı cərrahiyyə masasında öldü.
Baku Medikal Plaza"dakı ölüm işinin sensasion təfərrüatları ...
Samir Zeynalov
İddia olunur ki, 3 pasiyentinin həyatına son qoyan Sirus Qoçqani sertifikasiyadan keçirməli olanlar çox yaxşı tanıyırlar və bilərəkdən keçirmirlər. Bununla məsuliyyəti üzərlərindən götürürlər, eyni zamanda seyrçiliklə Qoçqaninin Azərbaycan vətəndaşlarının öldürməsinə tamaşa edirlər.
S.Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir.
2019-cu ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişəndən sonra belə xəbərlər vardı ki, Qoçqani daha belə əməliyyatlara buraxılmayacaq. Az keçmədən o, yenidən fəaliyyətini davam etdirdi və ictimai vəkil Samir Zeynalov dönə-dönə onun fəaliyyətinin dayandırılmasının zəruriliyini açıqladı.
Bakıda əməliyyat stolunda ölən ginekoloqun həyat yoldaşı infarkt ...
Sona Gürgün Vəliyeva
Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlandırıblar, həbsini istəyiblər.
Əslində isə Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyildi və onu bu tələbsiz də həbsə almalı, ən azı cərrah kimi fəaliyyətini dayandırmalı idilər...
Leyla Oruclunun ölümü ilə bağlı cinayət işinə xitam verilib
Leyla Oruclu
2017-ci ildə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun yaxınlarından uzaq gəzməyə çalışırdı. Mərhum modelin yaxınlarına xəbər yollamışdı ki, guya əməliyyatdan sonra psixologiyası pozulub, dağlara çəkilib.
Ölən modelin anası: `Qızımı əməliyyata gözündə linza, saçında ...
Sevinc Oruclu
22 yaşlı modelin anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxananın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Sirus Qoçqaninin ortalıqda olmadığını açıqlamışdı.
Onun sözlərindən sitat: "Mən onlardan əməliyyatı həyata keçirən həkimin harada olduğunu soruşdum. Dedilər ki, guya onun psixologiyası pozulub. O gündən sonra heç bir əməliyyata girməyib. Gedib hansısa bir rayonda ağacın altında oturub və orada da gizlənib”.
Modelin anası qızının əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu, lakin Sirus Qoçqaninin buna baxmayaraq əməliyyatı gerçəkləşdirdiyini də axar.az-ın müxbirinə demişdi. Sitat: "Həmin gün saat 6-da əməliyyatdan çıxıb. Qızımı sonra palataya köçürüblər. Palatada Leyla kimi əməliyyatdan çıxan qızlar olub. Onlar da deyirlər ki, Leyla palataya daxil olan kimi onun vəziyyətinin ağır olduğu üzündən görünürdü. Həkimlər 5 dəqiqə sonra Leylanı reanimasiyaya aparıblar. Həmin gün biz gec xəbər tutduq. Reanimasiyaya gəldiyimiz zaman qızımın ölü kimi yatdığını gördüm. Ayın 25-də onu xəstəxanadan götürmüşük. Bədəninin aşağı hissəsi tamamilə hərəkətsiz idi. İlk dəfə yanına girən kimi ”qızım, məni eşidirsən?" deyə səsləndim. Yalnız qaşlarını tərpədə bildi. 25 iyun saat 11-12 radələrində dünyasını dəyişdi. Leyla çox qorxaq bir insan idi. O elə bilib ki, bu əməliyyat dırnaq qaynağı kimi bir şeydir. Hətta rəfiqəsinə də mesaj yazıb ki, əməliyyatdan sonra görüşüb bulvara gedərik, filmə baxıb evə dönərik. Düşünüb ki, gəlib yorğun olacağını deyib keçib otağında yatacaq. Ona əgər bu əməliyyatın 1 faiz belə ölüm riski olduğunu desəydilər, heç vaxt əməliyyat olunmazdı. Həm də o, Mübariz həkimin yanında olub. Mən qanla bağlı elan verəndə Mübariz həkim məni yığdı və "axı o qıza əməliyyat olmaz demişdim” dedi. Leylanın 50 kq çəkisi var idi. Mübariz həkim də onun heç bir əməliyyata ehtiyacı olmadığını, sadəcə, psixoloji olaraq başa salınmalı olduğunu dedi. Bu klinika da Mübariz həkimin analizləri ilə əməliyyatı edib. Ancaq analizlərdən də görünür ki, bu adamı əməliyyat etmək olmaz".
3 nəfərin ölümünə səbəb olan Sirus Qoçqaninin həkim kimi işləməyə ...
Sirus Qoçqani Leyla Oruclunun əməliyyata götürülməsinə əks göstərişlərin olduğunu bilə-bilə onu əməliyyat edib. Faktiki olaraq Sirus Qoçqaninin cinayətkarcasına yanaşması modelin əməliyyatdan sonra dünyasını dəyişməsinə yol açıb. 2 il sonra, yəni 2019-cu ilin mayında Sirus Qoçqani daha bir əks göstərişli pasiyenti olan Sona Gürgün Vəliyevanı da əməliyyata götürüb və nəticə fərqli olmayıb. 1 il sonra daha bir əməliyyatda qeyd etdiyimiz kimi Turanə Musazadə onun əlinin altında ölüb.
Bu, Sirus Qoçqani adlı birinin 3 Azərbaycan vətəndaşını öldürməsi haqda faktlardır.
Maraqlıdır ki, hələ model Leyla Oruclunun ölümündən sonra İranın Azərbaycandakı səfirliyi Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da vermişdi. Amma bu məqama da səlahiyyət sahibləri diqqət etmədilər.
Vəkillər Kollegiyasına alternativ qurum yaradıla bilərmi? - BBC ...
Fərhad Mehdiyev
Həmin günlərdə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev model Leyla Oruclunu əməliyyata götürən Sirus Qoçqani ilə bağlı İran səfirliyi ilə əlaqə saxlanıldığını açıqlamışdı. Demişdi ki, İran səfirliyindən verilən məlumatda bildirilib ki, həmin həkim cərrah ixtisasına sahib deyil. Azərbaycanda isə bu həkim cərrahiyyə əməliyyatlarını həyata keçirir.
F.Mehdiyev əcnəbi həkimlərin ölkədə fəaliyyət göstərməsi üçün aidiyyəti qurumlardan icazə alınmalı olduğunu vurğulamışdı.
Sitat: "Doğrudur, Sirus Qoçqani icazəli şəkildə ölkədə fəaliyyət göstərsə də, bəzi 1 həftəlik, 10 günlük fəaliyyət üçün ölkəyə gələn həkimlərin çoxu üçün bu icazə alınmır. Bu həkimlərin məsuliyyət daşıması hüquqi əsaslarla tənzimlənir. Bu həkimlər yerli həkimlərlə eyni məsuliyyəti daşıyır. Bu, həm cinayət, həm də mülki məsuliyyətdir. Həkimləri dəvət edən tibb müəssisələri də müvafiq sənədləri yoxlamadan əcnəbi həkimləri işə götürürsə, onda həmin müəssisənin də məsuliyyəti ağırlaşır”.
Hüquqşünas bildirib ki, həkimlər fəaliyyətində yol verdiyi qüsurlara görə cinayət məsuliyyətindən daha çox mülki məsuliyyətə cəlb olunmalıdır: "Çünki bu qəsdli cinayət sayılmır. Ona görə elə həkimlərə tətbiq edilən sanksiyalar aşağıdakılar olmalıdır:
- Lisenziyası müəyyən müddətdə dayandırılmalıdır;
- Təkrar imtahan vermək üçün oxumağa göndərilməlidir;
- Zərərçəkmiş şəxsə, yaxud onun ailəsinə kompensasiya ödəməlidir.
Təəssüflər olsun ki, Azərbaycanda həkimlər zərərçəkmişə ödəməli olduğu pulu rüşvət formasında verərək, məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu sahədə hüquq-mühafizə xidmətləri, məhkəmələr davamlı surətdə işləməlidir".
S.Qoçqani dayandırılmasa, onun bioqrafiyasına 4-cü, 5-ci.... 15-ci Azərbaycan vətəndaşının ölümünün yazılmayacağına kimsə təminat verə bilməz.
Mənbə: Müsavat.com