Türkiyədə son sutka ərzində daha 44 nəfər koronavirusdan ÖLÜB.
Türkiyədə son sutka ərzində daha 44 nəfər koronavirusdan ölüb. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 040 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 368 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb. Müalicə olunan 1 825 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 109 962 nəfər koronavirusdan müalicə olunub".