Şəxsi bağ evlərinə getməyə icazə varmı? - Rəsmi cavab

Şəxsi bağ evlərinə getməyə icazə varmı? - Rəsmi cavab

Xəbər verdiyimiz kimi sabahdan, yəni iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi?

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə bildirdilər ki, həmin insanlara da bir evindən digərinə getməsinə icazə verilməyəcək. Bu səbəbdən də vətəndaşlar həmin günlərdə bağda, yaxud hansı evində qalmağı barədə əvvəlcədən qərar verməlidirlər.

Qeyd edək ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Xatırladaq ki, həmin tarixlərdə sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları, həmçinin dəmiryolu daşınmaları və metronun fəaliyyəti tam dayandırılacaq.






Fikirlər